Sevgilisini öldürən qadının məhkəməsi aprelin 4-nə qaldı

Sevgilisini öldürən qadının məhkəməsi aprelin 4-nə qaldı

30 Mart 2017 11:56
Bəyəndim (0) Bəyənmədim (0)

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qətldə təqsirləndirilən Valentina Filimonovanın cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib.

Hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmə baxışı aprelin 4-nə təyin edilib.

Qeyd edək ki, hadisə ötən il avqustun 14-də Sabunçu rayonunun Bilgəh qəsəbəsində baş verib. Həmin ərazidə yaşayan V.Filimonova evində qeyri-rəsmi nikah münasibətlərində olduğu Nikolay Orlova bıçaqla xəsarət yetirib. N.Orlov hadisə yerində ölüb.(apa)

Mediainfo.az