
Fransa və İtaliya "Mamba" hava hücumundan müdafiə sistemini Kiyevə vermək qərarına gəliblər
Fransa və İtaliya "Mamba" hava hücumundan müdafiə sistemini Kiyevə vermək qərarına gəliblər.
Oxuməni.az xəbər verir ki, Fransa və İtaliya bu yaz "SAMP/T-Mamba" orta mənzilli hava hücumundan müdafiə sistemini Kiyevə vermək qərarına gəliblər. Bu barədə Fransanın müdafiə naziri Sebastyan Lekornyu “Twitter” səhifəsində yazıb və qeyd edib ki, bu, italiyalı həmkarı Quido Krosetto ilə birgə qərardır. Onlar bu barədə təcili olaraq Ukraynanın müdafiə naziri Oleksiy Reznikova məlumat veriblər.
Lekarnyu qeyd edib ki, "SAMP/T-Mamba" kompleksi Ukraynanın mülki əhalisini və infrastrukturunu Rusiyanın hücumlarından qoruyacaq.
Digər xəbərlər