ABŞ Çinin hərbi üstünlüyünü etiraf edir

ABŞ Çinin hərbi üstünlüyünü etiraf edir

3 İyul 2023 10:40
Bəyəndim (0) Bəyənmədim (0)

Prezidentliyə namizəd Nikki Xeyli iddia edib ki, Çin ordusu ABŞ-ın hərbi qüvvələrindən daha güclüdür.

Oxuməni.az xəbər verir ki, bu barədə New York Post-un yaydığı məlumatda deyilir.

Respublikaçılar Partiyasından 2024-cü ildə keçiriləcək prezident seçkilərində prezidentliyə namizəd Nikki Heylinin sözlərinə görə, çinlilər hazırda dünyanın ən böyük donanmasına sahibdirlər:

"Onların 340 gəmisi var, bizdə 293. İki ildən sonra onların 400-ü olacaq, bizim isə qarşıdan gələn iki onillikdə heş 350 gəmimiz də olmayacaq. Onlar hipersəs raketləri hazırlamağa başladılar, biz isə yeni başlayırıq".

Onun sözlərinə görə, Çin ABŞ-ın İkinci Dünya Müharibəsindən bəri üzləşdiyi ən təhlükəli xarici təhlükəyə çevrilib.

Əziz Baş Göynüklü