Qvuianalılar Fransanı günahlandırır :Ölkənin təbii sərvətlərini talan edirlər

Qvuianalılar Fransanı günahlandırır :Ölkənin təbii sərvətlərini talan edirlər

6 İyul 2023 10:18
Bəyəndim (0) Bəyənmədim (0)

Fransa Qviana ərazisinin 90 faizini mənimsəyib, ölkənin təbii sərvətləri talan edilib.

Oxuməni.az xəbər verir ki, bunu Fransa Qvianasının sosial azadlıq və müstəmləkəsizləşdirilməsi hərəkatının üzvü Moris Pindar “Müstəmləkəçiliyin tamamilə məhv edilməsinə doğru” adlı tədbirdə deyib.

Onun sözlərinə görə, ölkə müstəmləkə şəraitində yaşayır: “Ölkəmizdə işsizlik 30 faizdir. Bizim məmurlarımızı da Fransa hökuməti təyin edir”.

Pindar təşkilatın fəaliyyətindən, Fransa Qvianasının müstəqilliyi və azadlığı uğrunda apardığı mübarizədən, hərəkatın məqsədlərindən danışıb. O, həmçinin bildirib ki, Sosial Azadlıq və Fransız Qvianasının Dekolonizasiyası Hərəkatı Qoşulmama Hərəkatının müşahidəçisi statusu üçün müraciət edəcək.

Əziz Salam