ABŞ Türkiyəyə qarşı şərtlər qoya bilər
Ankara bu təyyarələrdən NATO müttəfiqlərinə qarşı istifadə etməmək zəmanəti də daxil olmaqla öhdəlik götürərsə, ABŞ qanunvericiləri F-16 qırıcılarının Türkiyəyə satışına razılaşa bilər.
Oxuməni.az xəbər verir ki, bu barədə Amerikanın “Politico” qəzeti məlumat yayıb.
Qəzetin qeyd etdiyi kimi, ABŞ prezidenti Co Bayden administrasiyasının əməkdaşları Türkiyə hakimiyyətinin İsveçin NATO-ya daxil olmasına razılıq verməsi fonunda bu sazişin təsdiqini dəstəkləyiblər. Bununla belə, nəşr qeyd edir ki, Senat və Nümayəndələr Palatasının xarici əlaqələr komitələrindəki əsas Respublikaçılar və Demokratların dəstəyi olmadan təyyarələri sata bilməz. Onlar əvvəllər Türkiyəyə qırıcı təyyarələrin göndərilməsinə qarşı çıxıblar.
Materialda qeyd edildiyi kimi, çərşənbə axşamı senatorlar bu məsələ ilə bağlı mövqelərini yumşaltmaq əlamətləri göstərdilər. "Eyni zamanda, onlar Ankaranın “hə deməmişdən əvvəl əlavə addımlar atmalı olduğunu” vurğulayıblar”, - deyə qəzet qeyd edib.
Qarşılıqlı narahatlıqlardan biri Türkiyənin ABŞ-ın verdiyi döyüş təyyarələrindən necə istifadə edə biləcəyidir. Yunanıstan Türkiyəni keçən il hava məkanını pozmaqda günahlandırıb.
Əziz Salamoğlu



























.jpg)























































