Necati Şaşmaz həcc ziyarətində
Kurtlar Vadisinin dönəcəyi müjdəsini verdikdən sonra ekranlara çıxmayan Necati Şaşmazın həcc ziyarətinə getdiyi ortaya çıxıb. Şaşmazın çəkdirdiyi fotolar sosial şəbəkədə müzakirə olunmağa başlayıb.
Türk serialları tarixinin əfsanələri arasında nümayiş olunan Kurtlar Vadisində canlandırdığı Polat Alemdar obrazı ilə böyük bir pərəstişkar ordusunu ətrafında toplayan Necati Şaşmaz uzun müddətdir ki, tənha həyat sürür. Sakit həyat sürərək sosial media hesabından çox paylaşım etməməyi sevməyən Şaşmazın həcc ziyarətinə getdiyi öyrənilib.
Həcc ziyarətinə gedən Şaşmaz sevənləri ilə foto çəkdirməyi də unutmayıb. İnstaqram hesabından aktiv istifadə etməyən Şaşmazın çəkdirdiyi fotolar da izləyicilərinin paylaşımları ilə üzə çıxıb.
Bir müddət əvvəl Kurtlar Vadisi Vətən filmində rol alan Necati Şaşmaz ötən ilin noyabrında qatıldığı bir proqramda izləyicilərinə şad xəbər vermişdi. Serialın yenidən başlayacağını deyən aktiyor "Hazırda hazırlaşıram. Yanvar ayında başlamamızı düşünürəm" demişdi. Şaşmazın açıqlamasından sonra xeyli vaxt kesə də, hələ ki, hər hansı bir inkişaf yoxdur...
Murad Şahməmməd


































.jpg)
















































