NATO sammiti Rusiyaya vurulan daha bir zərbə oldu
NATO-nun Vilnüs sammiti Rusiyanın 2022-ci ilin fevralında Ukraynaya qarşı başlatdığı müharibənin Kremlin işğaldan əldə etmək niyyətində olduğu məqsədlərindən nə qədər uzaqlaşdığını göstərdi.
Oxuməni.az xəbər verir ki, bu barədə Amerika Müharibənin Öyrənilməsi İnstitutunun (ISW) saytında dərc olunmuş icmalında deyilir.
Moskvada müharibənin əsas məqsədlərindən biri daha sonra NATO-nun genişlənməsinin qarşısının alınması və alyansın sərhədlərinin Rusiya Federasiyasından uzaqlaşdırılması elan edildi. Bu məqsəd müharibə zamanı dəfələrlə təkrarlanıb.
ISW ekspertlərinin fikrincə, Rusiyanın informasiya məkanında NATO sammiti üçün rezonansın olmaması, Finlandiyanın alyansa daxil olması, eləcə də Türkiyənin İsveçin ona qoşulması ilə bağlı protokolu ratifikasiya etməsi Kremlin bu məğlubiyyətləri qəbul etdiyindən xəbər verir.
ISW icmalında deyilir: "Bir çox rus mənbələri NATO sammiti ilə bağlı susqun tonda bildirir ki, bu toplantı əslində Rusiyanın müharibədən əvvəlki məqsədlərinə çata bilməyəcəyini və ağır məğlubiyyətə uğradığını göstərir".
Əziz Salamoğlu


































.jpg)
















































