Şimali Koreyadan ABŞ-a nüvə cavabı
Şimali Koreyanın BMT-dəki daimi nümayəndəsi Kim Sonq bildirib ki, ABŞ Şimal-Şərqi Asiya regionunda “nüvə müharibəsinə sürüklənir”. Kim, iyulun 12-də Pxenyanın ballistik raket atmasından sonra toplanan Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının (UNSC) fövqəladə sessiyasında danışıb. Şimali Koreyanın raket sınağını müdafiə edən Kim, bu sınaqların Pxenyanın özünümüdafiə hüququ olduğunu bildirib.
Cənubi Koreyada dünyanın ən böyük sualtı qayıqları olan “Ohayo sinifli” idarə olunan raket sualtı gəmisi “USS Michigan”ı yerləşdirməsinin regional gərginliyi artırdığını vurğulayan Kim, ABŞ-ı “Şimal-Şərqi Asiya regionunu sövq etməkdə” ittiham edib. Sınaqın "qonşu ölkənin təhlükəsizliyinə heç bir mənfi təsir göstərmədiyini" qeyd edən Kim, raketin Yaponiyanın müstəsna iqtisadi zonasından kənara düşdüyünü xatırladıb.
Çinin BMT-dəki daimi nümayəndəsi Zhang Jun da ABŞ-ın Şimali Koreyaya artan hərbi təzyiqini və Koreya yarımadasında strateji silah yerləşdirməsini tənqid edib.
ABŞ və digər ölkələrin Şimali Koreyaya qarşı sanksiyalarının ölkəni "ekzistensial təzyiq" altına qoyduğunu iddia edən Zhang, ölkənin öz qanuni narahatlıqlarının "heç vaxt həll edilmədiyini" söyləyib.
Bölgədəki gərginliyin dialoq və danışıqlar yolu ilə azaldıla biləcəyini qeyd edən Zhang ABŞ və Şimali Koreyanı danışıqlara yenidən başlamağa çağırıb…
Murad Şahməmməd





























.jpg)





















































