ABŞ Hörmüz boğazına F-16 və F-35-ləri göndərir

ABŞ Hörmüz boğazına F-16 və F-35-ləri göndərir

18 İyul 2023 12:41
Bəyəndim (0) Bəyənmədim (0)

Pentaqon "vəziyyəti izləmək" və "ABŞ-ın maraqlarını və regionda naviqasiya azadlığını qorumaq" üçün F-35 və F-16 döyüş təyyarələri ilə birlikdə USS Thomas Hubner təyyarədaşıyan gəmisini Hörmüz boğazına göndərəcək.

Oxuməni.az xəbər verir ki, bu barədə Pentaqonun mətbuat katibinin müavini Sabrina Sinq bildirib.

“Müdafiə naziri Hörmüz boğazında baş verən bir sıra narahatedici insidentlərə cavab olaraq USS Thomas Hubner təyyarədaşıyan gəmisini, F-35 qırıcılarını və F-16 qırıcılarını ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) bölgəsinə yerləşdirməyi əmr edib. ABŞ bununla da bölgədəki maraqlarını və naviqasiya azadlığını qoruyur",- deyə Sinq bəyan edib.

İran Müdafiə Nazirliyi Pentaqonun İran Hərbi Dəniz Qüvvələrinin Hörmüz boğazında iki neft tankerini ələ keçirməyə cəhd etməsi və Oman sahillərində beynəlxalq sularda onlardan birinə atəş açması barədə məlumatı təkzib edib.

Əziz Baş Göynüklü