Ağ Ev xəbərdarlıq edib: Rusiya Qara dənizdəki gəmilərə hücum edə bilər

Ağ Ev xəbərdarlıq edib: Rusiya Qara dənizdəki gəmilərə hücum edə bilər

20 İyul 2023 18:49
Bəyəndim (0) Bəyənmədim (0)

Rusiya Qara dənizdə ərzaq daşınması ilə məşğul olan mülki gəmilərə hücum edə və bunda Ukraynanı günahlandıra bilər.

Oxuməni.az xəbər verir ki, bunu Ağ Evin Milli Müdafiə Şurasının spikeri Adam Hodc deyib.

Onun sözlərinə görə, ABŞ hakimiyyət orqanlarında Rusiyanın Ukrayna limanlarına yaxınlaşmalarda əlavə dəniz minaları yerləşdirməsi barədə məlumat var.

“Biz hesab edirik ki, bu, Qara dənizdə mülki gəmilərə qarşı istənilən hücuma haqq qazandırmaq və bu hücumlarda Ukraynanı günahlandırmaq üçün Rusiya tərəfindən planllaşdırılan cəhddir”, - deyə Hodc bildirib.

Əziz Mustafa