Polşa Suvalki dəhlizini qorumaq üçün batalyon yaradır

Polşa Suvalki dəhlizini qorumaq üçün batalyon yaradır

24 İyul 2023 14:26
Bəyəndim (0) Bəyənmədim (0)

Polşanın hakimiyyət orqanları Litva ilə sərhəddə yerləşən Suvalki dəhlizinin mühafizəsi üçün xüsusi istehkamçı batalyonu yaradacaq.

Oxuməni.az xəbər verir ki, bunu Respublika Müdafiə Nazirliyinin rəhbəri Mariuş Blaşçak deyib.

"Bu, bizim sıfırdan yaratdığımız başqa bir hərbi hissədir və sizi əmin edirəm ki, bu, sonuncu olmayacaq" dedi.

Nazir yeni bölmənin əsas vəzifəsini NATO-nun şərq cinahını gücləndirmək adlandırıb. Batalyon 2023-cü ilin sonuna kimi yaradılacaq və 16-cı mexanikləşdirilmiş diviziyanın tərkibində olan 15-ci Qijitsa mexanikləşdirilmiş briqadasının tərkibinə daxil olacaq.

Uzunluğu 100 kilometrdən bir qədər çox olan Suvalki dəhlizi Polşanı Baltikyanı ölkələrlə birləşdirir və Belarusu Rusiyanın Kalininqrad vilayətindən ayırır. Əgər o, ələ keçirilərsə, Litva, Latviya və Estoniyanın digər NATO ölkələri ilə əlaqəsi kəsilə bilər.

Əziz Salam