Türkiyəyə gələn immiqrantların sayına görə ruslar liderdir
Türkiyə Statistika İnstitutunun (TÜİK) məlumatına görə, 2022-ci ildə Rusiya Federasiyasının vətəndaşları Türkiyəyə gələn xarici mühacirlərin ümumi sayına görə 25% təşkil edərək birinci yerdədir.
Oxuməni.az xəbər verir ki, rusları 8,1 faizlə Ukrayna, 6,5 faizlə İran, 5,4 faizlə Əfqanıstan, 4,8 faizlə İraq vətəndaşları izləyir. Ümumilikdə ötən il Türkiyəyə 494 min insan köç edib.
Ən çox immiqrantın olduğu vilayət 35,4% payla İstanbul olub. İstanbulu 14,8 faizlə Antalya, 5,4 faizlə Ankara, 3,9 faizlə Bursa və 3,8 faizlə Mersin izləyir.
Qeyd edək ki, səfərbərlik başlayandan sonra 600 mindən 1 milyona qədər insan Rusiyanı tərk edib. Onların çoxu Türkiyəyə gedib. Türkiyə müharibədən sonra rusların əsas cazibə mərkəzinə çevrildi. Rusiyadan olan miqrantlar üçün Gürcüstan, Ermənistan, Özbəkistan, Qazaxıstan, Qırğızıstan, Serbiya, Monteneqro, BƏƏ və bir sıra Aİ ölkələri digər populyar istiqamətlərə çevrilib.
Əziz Mustafa