Türkiyədə dünyanın ilk "ağıllı" uzun mənzilli minası  yaradılıb

Türkiyədə dünyanın ilk "ağıllı" uzun mənzilli minası yaradılıb

26 İyul 2023 11:09
Bəyəndim (0) Bəyənmədim (0)

Dünyanın ilk "ağıllı" uzun mənzilli sualtı minası-UCA Türkiyədə yaradılıb.

Oxuməni.az xəbər verir ki, bu barədə “Star” qəzeti məlumat yayıb. "Ağıllı" mina F-16 qırıcılarından, Akıncı və Aksunqur İHA-lardan yüksək hündürlükdən atılaraq onu aşağı və orta hündürlükdə hava hücumundan müdafiə sistemləri üçün əlçatmaz edir.

Bu mina İstanbulda keçiriləcək Beynəlxalq Müdafiə Sənayesi Sərgisində təqdim olunacaq. Mina Türkiyənin Maşınqayırma və Kimya Sənayesi Şirkəti, KOC Müdafiə və Türkiyə Müdafiə Sənayesi Araşdırma İnstitutuna daxil olan Texnologiya Araşdırmalar Şurasının konsorsiumu tərəfindən yaradılıb.

UCA-nın aerodinamik xüsusiyyətləri təyyarələrə və PUA-lara düşmənin hərbi dəniz bazalarının çıxışlarında və tranzit yollarında atəş altına düşmə riski olmadan məsafədən mina yerləşdirməyə imkan verəcək.

Əziz Salamoğlu