Hakan Fidan: Münaqişə Ukraynanın ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır
Ukrayna münaqişəsinin ədalətli həllinə Ukraynanın ərazi bütövlüyünün qorunması şərti ilə nail olunmalıdır. Bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan deyib.
"Bizim hər iki tərəflə xüsusi münasibətimiz var. Biz onları dinləməkdən imtina etmirik. Dost yalnız həqiqəti deyir, biz də bunu edirik. Müharibənin ədalətli həlli Ukraynanın ərazi bütövlüyü çərçivəsində tapılmalıdır", - Fidan “Hürriyet” qəzetinə müsahibəsində deyib.
Nazirin sözlərinə görə, hər iki tərəfin yorğunluğu 2025-ci ildə yeni vəziyyətə gətirib çıxara bilər. “Hər iki tərəf münaqişədə uduzan kimi görünmək istəmir. Eyni zamanda Rusiya və Ukrayna arasında münaqişənin həlli üçün səylər davam edir”, - deyə o, bəyan edib.
Oxuməni.az
Digər xəbərlər