Qarabağa qayıdış: Bu tarixdə köçürülmə baş tuta bilər - Video
Zəfərin 1 illiyi ərəfəsində azad olunan kəndlərimizdən hansınasa vətəndaşlarımızın qayıdışı mümkün ola bilər.
Oxuməni.az xəbər verir ki, bunu ARB-24-ün "Gündəm" verilişinə açıqlamasında millət vəkili Naqif Həmzəyev deyib.
"Artıq Şuşada bir çox ailə yaşayır. Hərbçi ailələri də həmin ərazilərə köçürülə bilər. İstənilən halda 2022-ci ildə bu prosesin daha sürətli getməsinin və soydaşlarımızın öz dədə-baba yurdlarına köçürüləcəyinin şahidi olacağıq. Məncə, bu il də müəyyən kəndlərə köçürülmələr həyata keçiriləcək. Çünki artıq Zəngilanda da ağıllı kənd tikilir. Ancaq yenə də dəqiq tarix söyləyə bilmərik. Proseslərin gedişi bunu göstərəcək. İstənilən halda əsas odur ki, zəfər çalınıb, Qarabağ erməni faşistlərindən təmizlənib. Azərbaycan sərhədləri boyunca öz qüvvələrini yerləşdirməkdədir. Göründüyü kimi, artıq qısa müddətdə dağılmış ərazilərdə bir il tamam olmadan Prezident İlham Əliyevin rəhbərliyi altında quruculuq-abadlıq işləri həyata keçirilib. Ən qısa zamanda da vətəndaşlarımızın öz yurdlarına köçürülməsinin şahidi ola bilərik",- deyə o bildirib.








































.jpg)

















































