Azərbaycan sülhməramlıları Əfqanıstanı tərk edib

Azərbaycan sülhməramlıları Əfqanıstanı tərk edib

26 Avqust 2021 13:16
Bəyəndim (0) Bəyənmədim (0)

Kabil hava limanında xidməti vəzifələrini yerinə yetirən 120 nəfərdən ibarət Azərbaycan sülhməramlısı tam heyətdə avqustun 26-da gecə saat 01:00 radələrində bu ölkədən çıxarılıb.

Oxuməni.az-ın verdiyi xəbərə görə, bu barədə Müdafiə Nazirliyinin məlumatında bildirilir.

Hazırda sülhməramlılarımız və onlara məxsus silah, hərbi əmlak hava yolu ilə Ankara şəhərinə daşınıb. Qısa müddətdə hərbi qulluqçularımızın vətənə qayıdışı planlaşdırılır.

“Qarşıya qoyulan tapşırıqları qardaş Türkiyə qüvvələri ilə birlikdə müvəffəqiyyətlə yerinə yetirən Azərbaycan sülhməramlıları xidməti vəzifələrini yüksək peşəkarlıqla icra edərək Əfqanıstanda təhlükəsizliyi təmin edib”, - məlumatda qeyd olunur.