Hava nə vaxt sabitləşəcək?- RƏSMİ AÇIQLAMA
“Ölkə ərazisində müşahidə olunan qeyri-sabit və yağıntılı hava şəraiti avqustun 9-u gündüzədək davam edəcək. Həmin vaxtdan yağıntıların tədricən kəsiləcəyi gözlənilir”.
Oxuməni.az bunu Yenisabah.az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya departamentinin Hidrometeoroloji bürosunun direktoru Gülşad Məmmədova deyib
Onun sözlərinə görə bu gündən hava mülayimləşəcək: “Avqustun 10 və 11-də Bakıda və Abşeron yarımadasında hava şəraiti yağmursuz olacaq. Mülayim cənub-şərq küləyi əsəcək. Havanın temperaturu 30-35 dərəcə isti olacaq. Bölgələrdə də əsasən, yağmursuz hava şəraiti gözlənilir, lakin gündüz saatlarında bəzi dağlıq ərazilərdə qısamüddətli az yağış yağacağı ehtimal olunur.
Havanın maksimal temperaturu mərkəzi aran rayonlarında 32-37 dağlarda 20-25 dərəcə isti olacaq”.