30 ilə yaxın müddətdə yığılmış problemin həlli bir görüşlə mümkün deyil

30 ilə yaxın müddətdə yığılmış problemin həlli bir görüşlə mümkün deyil

25 Oktyabr 2020 10:27
Bəyəndim (0) Bəyənmədim (0)

“Təbii ki, bu kifayət qədər mürəkkəb məsələdir. Biz realist olmalıyıq. 30 ilə yaxın yığılmış problemin həlli bir görüşlə mümkün deyil. Ancaq biz hər zaman göstərmişik ki, Azərbaycan tərəfi konstruktivdir. Azərbaycan tərəfi hər zaman məsələnin siyasi yolla həll olunmasının tərəfdarıdır”.

Oxuməni.az xəbər verir ki, bu fikirləri Azərbaycanın Xarici İşlər Naziri Ceyhun Bayramov yerli mətbuata açıqlamasında deyib

“Azərbaycan tərəfi mütləq şərt yoxdursa, hərbi əməliyyatların aparılmasını irəli sürmür. Hesab edirəm ki, ABŞ rəsmiləri ilə keçirdiyimiz bütün göruşlərdə Azərbaycan tərəfinin həqiqətlərini çatdırmağa həm əsasımız, sözümüz var, həm də mövqeyimiz ədalətlidir. Bu baxımdan bu görüşləri faydalı hesab edirik”.

Oxuməni.az