ABŞ Avstraliyadan İŞİD-i vurmasını xahiş etdi
ABŞ hökuməti Avstraliyanın Vaşinqtondakı səfirliyinə müraciət edərək bu ölkdən İŞİD-in Suriyadakı mövqelərinə zərbə endirməsini xahiş edib.
Avropa.info xəbər verir ki, Avstraliyanın baş naziri Toni Ebbot jurnalistlərə açıqlamasında məlumatı təsdiqləyib. Lakin İŞİD-ə qarşı əməliyyatlara qoşulmaq məsələsində ehtiyatlı olacağını bildirib:
"Biz qərar verməkdə tələsməyəcəyik. Amma yaxın həftələrdə təklifi qəbul edə bilərik"
Qeyd edək ki, F/A-18 Super Hornet təyyarəsi ilə İŞİD-ə qarşı koalisiyada yer alan Avstraliya Suriyaya hava zərbələri endirməyin hüquqi əsası olmadığı üçün bundan imtina etmişdi.
Mediainfo.az
Digər xəbərlər






















.jpg)








































































