Belarusa qarşı sanksiyaların ləğvi müzakirə ediləcək

Belarusa qarşı sanksiyaların ləğvi müzakirə ediləcək

24 Avqust 2015 14:19
Bəyəndim (0) Bəyənmədim (0)

Avropa İttifaqı xarici işlər nazirlərinin 4-5 sentyabrda Lüksemburqda keçiriləcək qeyri-rəsmi görüşündə Belarusa qarşı tətbiq edilmiş sanksiyaların dayandırılması imkanları nəzərdən keçiriləcək.

Apa-nın TASS-a istinadən verdiyi xəbərə görə, bu barədə Avropa İttifaqıinstitutlarındakı mənbədən məlumat daxil olub. "Belarus prezidenti Aleksandr Lukaşenko tərəfindən müxalifət rəhbərlərinin əfvi və azadlığa buraxılması sanksiyaların dayandırılması üçün şərait yaradır. Bu məsələ 4-5 sentyabr tarixlərində müzakirə olunacaq", - deyə diplomatik mənbədən bildirilib.
Xatırladaq ki, A. Lukaşenko avqustun 22-də prezidentliyə keçmiş namizəd Nikolay Statkeviç də daxil olmaqla, 6 siyasi məhbusu əfv edib.

Mediainfo.az