Deputat Türkmənistanda prezident seçkilərini müşahidə edəcək

Deputat Türkmənistanda prezident seçkilərini müşahidə edəcək

10 Fevral 2017 14:43
Bəyəndim (0) Bəyənmədim (0)

Azərbaycan Milli Məclisinin (MM) deputatı Rüstəm Xəlilov sabah Türkmənistanın paytaxtı Aşqabada səfərə gedəcək.

Bu barədə MM-in mətbuat xidmətindən məlumat verilib.

Millət vəkili Türkmənistanda keçiriləcək prezident seçkilərini MDB müşahidə missiyasının xətti ilə izləyəcək.

Digər müşahidəçilərlə bərabər deputat bir sıra seçki məntəqələrində olacaq, prosesin gedişinə və vətəndaşların fəallığına diqqət yetirəcək.

Səfər fevralın 15-də başa çatacaq.

Mediainfo.az