Fətullah Gülən ABŞ-dan qaçmağa hazırlaşır

Fətullah Gülən ABŞ-dan qaçmağa hazırlaşır

27 Mart 2017 14:42
Bəyəndim (0) Bəyənmədim (0)

"Fətullahçı Terror Təşkilatının (FETÖ) rəhbəri Fətullah Gülənin ABŞ-dan Kanadaya qaçacağı haqqında əlimizdə ciddi məlumatlar var".

Bunu Türkiyənin ədliyyə naziri Bəkir Bozdağ "Sabah" qəzetinə müsahibəsində bildirib.

Onun sözlərinə görə, həmin məlumartı ABŞ-ın Ədliyyə Nazirliyinə təqdim ediblər: "Kandada böyük bir təsərrüfat ərazisi aldıqlarını və bu ölkəyə keçmək üçün hazırlıqlara başladıqlarını bilirik.

ABŞ-da Donald Tramp prezident olduqdan sonra bu prosesi sürətləndiriblər. Ancaq hara getməyindən asılı olmayaraq, Türkiyə ondan əl çəkməyəcək".

Mediainfo.az