Yeni Süleyman və Hürrem axtarılır!

Yeni Süleyman və Hürrem axtarılır!

18 Dekabr 2012 18:31
Bəyəndim (0) Bəyənmədim (0)
İstanbulda bir gecə...

Bosniya və Hersoqovina ölkədə böyük maraqla izlənən "Muhteşem Yüzyıl" serialının xarakaterləri - sultan Süleyman və Hürremə bənzəyən simalar axtarışındadır. Türk dilində səsləndirilən, yerli dildə alt yazılı olaraq "OBN" tv-də yayımlanan serialda performansları ilə göz oxşayan Süleyman - Halit Ergenç və Hürrem - Meryem Uzerliyə bənzəyənlər və yarışmada iştirak edərək, birinciliyə layiq görülənlər Yeni il bayramlarını İstanbulda keçirmə şansı qazanacaqlar. Bundan başqa, hətta ünlülərlə tanışma səhnələri də baş tutacaq. Bu yarışmanı "OBN" tele-kanalı həyata keçirir və iştirakçıların tele-kanala yaxınlaşmağa çağırır.

Sentyabr ayından bu yana kanala yüzlərlə insan axışıb. 300 nəfərin arasından 13-ü finala qalıb. İştirakçılar arasında tələbələr, həkimlər, iqtisadçılar, tibb bacıları və s. peşəyə yiyələnlər var. Müsabiqəyə paytaxt da daxil olmaqla digər şəhər və kəndlərdən insanlar qatılıb. Münsiflər heyəti seçim etməkdə çətinlik çəkdiyi üçün sosial şəbəkələr də işin içinə qatılıb. Virtual aləmdə də iştirakçıları dəstəkləmək üçün xüsusi bölmələr hazırlanıb və onların ixtiyarına verilib. Yarışmanı kimlərin qazandığı, ölkənin "Süleyman və Hürreminin" kimin olduğu bu həftə içərisində bəlli olacaq.

Günel Həbib

O.M.