Türkiyədə Qazaxıstan və Ermənistan futbolçuları arasında kütləvi dava

Türkiyədə Qazaxıstan və Ermənistan futbolçuları arasında kütləvi dava

13 Fevral 2017 15:02
Bəyəndim (0) Bəyənmədim (0)

Türkiyənin Antalya bölgəsində Qazaxıstanın "Kaysar" və Ermənistanın "Banants" futbol komandaları arasındakı yoxlama matçında kütləvi toqquşma baş verib.

"Report"un verdiyi məlumata görə, hadisəyə erməni futbolçunun "Kaysar"ın kapitanı Maksat Baycanovu təxribata çəkməsi səbəb olub.

Münaqaşəyə onların komanda yoldaşları da qoşulub. Davanın yekununda toqquşmanın səbəbkarları meydandan qovulub.

Qeyd edək ki, görüş "Kaysar"ın qələbəsi ilə yekunlaşıb - 2:0.

Mediainfo.az