Taciklərin deportasiyası davam edir

Taciklərin deportasiyası davam edir

29 Aprel 11:28
Bəyəndim (0) Bəyənmədim (0)

Rusiya rəsmi dövlət səviyyəsində taciklərin deportasiyasını davam etdirməkdədir.

Bununla bağlı bəyanat verən Tacikistan Xarici işlər nazirliyi bildirib ki, deportasiya siyahısına salınanalar arasında heç bir günahı olmayan və bir tikə çörək üçün Rusiyaya gedən minlərlə vətəndaş var. Onların çoxu hava limanlarında olduqca antisanitar və ağır vəziyyətdə saxlanılır. Onlara nəinki yemək, hətta içməyə adi su da verilmir. Deportasiya siyahısına daxil edilənlərin sayı isə durmadan artmaqda davam edir.

Tacikistan xarici işlər nazirliyi eyni zamanda Rusiyada taciklərə qarşı nifrətin və düşmənçiliyin qızışdırılmasının iki ölkə münasibətlərində xoşagəlməz izlər buraxacağı barədə qarşı tərəfə xəbərdarlıq edib.

Oxuməni.az