Narkotik alverçiləri üçün ölüm hökmü təsdiqlənib

Narkotik alverçiləri üçün ölüm hökmü təsdiqlənib

10 May 16:22
Bəyəndim (0) Bəyənmədim (0)

Narkotik vasitələrin qanunsuz dövriyyəsində təqsirli bilinənlərə edam cəzası tətbiq ediləcək. Qanun layihəsi Nigeriya Senatı tərəfindən qəbul edilib.

Layihəni senator Tahir Monquno Narkotiklərlə Mübarizə İdarəsinin narkotiklərlə mübarizə səylərini dəstəkləmək üçün hökumətə təqdim edib. Qanun layihəsinə qarşı çıxan bəzi senatorlar edam cəzası ilə bağlı narahatlıqlarını bildiriblər.

Xatırladaq ki, qanun layihəsi prezident Bola Əhməd Tinubu tərəfindən təsdiqləndiyi halda qüvvəyə minəcək.

Oxuməni.az