ABŞ İrana daha bir xəbərdarlıq edib
ABŞ ya İranla əlverişli bir razılaşma əldə edəcək, ya da məsələni "fərqli bir şəkildə" həll edəcək. Reuters-in 25 may Bazar ertəsi günü verdiyi məlumata görə, bunu ABŞ Dövlət Katibi Marko Rubio bildirib.
"ABŞ alternativ variantları nəzərdən keçirməzdən əvvəl diplomatiyaya uğur qazanmaq üçün hər fürsəti verəcək", - deyə o bildirib.
Rubioya görə, ABŞ ya "yaxşı bir razılaşma" əldə etməyi, ya da "fərqli bir şəkildə" hərəkət etməyə məcbur olmağı gözləyir.
ABŞ Dövlət Katibi vurğulayıb ki, "Boğazı açmaq və nüvə məsələsi ilə bağlı çox real, mənalı, vaxt məhdudiyyətli danışıqlara başlamaq imkanları ilə bağlı masada kifayət qədər möhkəm bir təklif var və ümid edirik ki, bunu reallaşdıra bilərik".
Xatırladaq ki, ABŞ Prezidenti Donald Tramp İranla razılaşmanın yeddi gün ərzində yekunlaşdırılmasını istəyir. Medianın məlumatına görə, sənəd 24 may axşamına qədər 95% tamamlanıb. Lakin İran zənginləşdirilmiş uranın çıxarılması ilə bağlı hər hansı bir razılaşmanı rədd edir.
Əziz MUSTAFA

























.jpg)


























































