İndoneziyanın vitse-prezidenti diplom qalmaqalından sonra istefa verdi
İndoneziyanın vitse-prezidenti Gibran Rakabuminq Raka diplomunun həqiqiliyi ilə bağlı qalmaqaldan sonra istefa ərizəsi təqdim edib. Oxuməni.az xəbər verir ki, bu barədə Jakarta Globe qəzeti məlumat yayıb.
O, bu tələbi İndoneziyanın ən yüksək qanunvericilik orqanı olan Xalq Məşvərət Məclisinin rəhbəri Əhməd Muzaniyə təqdim edib.
Qəzet Muzaninin sözlərinə istinadən bildirib ki, "O, tələbinin dərhal nəzərdən keçirilməsini və konqres rəhbərliyinin bu gün istefasını müzakirə etmək üçün iclas keçirməsini istəyib".
Otuz doqquz yaşlı Gibran Rakabuminq Raka 2023-cü ildə orta məktəb diplomunun həqiqiliyi ilə bağlı yaranan qalmaqalın mərkəzindədir. Sosial mediada onun əslində orta məktəbi bitirmədiyi və etibarlı orta məktəb diplomunun olmamasının 2024-cü il vitse-prezident seçkilərində iştirakını etibarsız etdiyi barədə iddialar yayılmağa başladı. Daha sonra keçmiş ədliyyə nazirinin müavininin rəhbərlik etdiyi bir qrup fəal ölkənin Ali Məhkəməsinə onun vitse-prezident seçkilərində iştirakının ləğvi və vəzifəsindən məhrum edilməsi üçün müraciət etdi.
Əziz Mustafa





























.jpg)
.jpg)
.jpg)
































.jpg)



















