Leninqrad vilayətindəki Ust-Luqa limanına genişmiqyaslı dron hücumu yanğına səbəb olub

Leninqrad vilayətindəki Ust-Luqa limanına genişmiqyaslı dron hücumu yanğına səbəb olub

08:26
Bəyəndim (0) Bəyənmədim (0)


11 noyabrdan əvvəlki gecə Rusiyanın Leninqrad vilayətindəki Ust-Luqa limanında genişmiqyaslı dron hücumu yanğına səbəb olub. Rusiya bölgəsində hava uçuşlarına məhdudiyyətlər tətbiq edildi və Sankt-Peterburqa bəzi uçuşlar Finlandiyaya yönləndirildi.

Oxuməni.az xəbər verir ki, bu barədə Telegram monitorinq kanalı Exilenova+ məlumat yayıb.
Leninqrad vilayətinin qubernatoru Aleksandr Drozdenko əvvəlcə bölgə üzərində "42 dron"un məhv edildiyini açıqladı. Daha sonra o, "92 dron vurulduğunu" iddia edərək rəqəmi yenilədi. Hücumun nəticələrindən biri Ust-Luqanın liman infrastrukturunda baş verən yanğın olub.

"Yanğın obyektdə davam edir. Neft daşıyan tankerlərə də hücum edildiyi ehtimal olunur", - deyə Exilenovabildirib.

Bu arada, Sankt-Peterburqdakı Pulkovo hava limanında təyyarələrin enişi və uçuşu məhdudlaşdırılıb. Rusiya mediası həmçinin Sankt-Peterburqa gedən, lakin təhlükəsizlik tədbirləri səbəbindən Helsinkiyə enən iki təyyarənin olduğunu bildirib.

Sosial media həmçinin Adıgeydə elektron müharibə sistemlərinin işə salınması və hündürmərtəbəli binanın damında yanğın baş verməsi barədə məlumat yayıb.

Əziz MUSTAFA