“Hər Şeyin Sonu” əsəri ilə yüksək mükafata layiq görüldü

“Hər Şeyin Sonu” əsəri ilə yüksək mükafata layiq görüldü

Bəyəndim (0) Bəyənmədim (0)


İngilis yazıçı M.Con Harrison (M.John Harrison) qiyamət sonrası dünyanı təsvir edən və insanı təqlid edən sirli obyektlərdən bəhs edən “Hər Şeyin Sonu” (The End of Everything) adlı əsəri ilə Buker mükafatının qalibi olub.
Fantastika və fəlsəfi düşüncəni bir araya gətirən əsərdə bəşəriyyətin gələcəyi, insan təbiəti və texnologiyanın yaratdığı naməlum təhlükələr ön plana çəkilir. Müəllif qeyri-adi süjet vasitəsilə oxucunu reallıq, bəşəriyyət və gələcəyin mümkün ssenariləri haqqında dərin düşüncələrə qərq edir.
Bu nüfuzlu mükafat yazıçının yaradıcılığına beynəlxalq diqqəti artırmaqla yanaşı, müasir ədəbiyyatda elmi fantastika janrının imkanlarını da bir daha gündəmə gətirib.
Qeyd edim ki, Buker mükafatı (The Booker Prize) hər il orijinalda ingilis dilində yazılmış və Böyük Britaniya və ya İrlandiyada nəşr olunmuş ən yaxşı bədii nəsr (roman) əsərinə təqdim olunur. Dünyanın ən nüfuzlu ədəbi mükafatlarından biri hesab olunan bu mükafata müəllifin milliyyətindən asılı olmayaraq, yalnız rəsmi nəşriyyatlar tərəfindən təqdim edilən əsərlər namizəd göstərilə bilər.

Şahmurad