İbn Sinanın anadan olmasının 1050 illiyi 2030-cu ildə qeyd olunacaq
2030-cu ildə Özbəkistan böyük həkim və elm xadimi Əbu Əli ibn Sinanın (Avisenna) anadan olmasının 1050 illiyini geniş şəkildə qeyd edəcək.
Oxuməni.az xəbər verir ki, bununla bağlı Ədliyyə Nazirliyinin məlumatına görə, hökumət onun elmi irsinin dərindən öyrənilməsi və geniş yayılması üçün yol xəritəsini təsdiqləyib. Sənəddə Buxara Dövlət Tibb İnstitutunda Əbu Əli ibn Sina Tədqiqat Mərkəzinin yaradılması təklifi təsdiqlənib.
Mərkəzin əsas məqsədləri İbn Sinanın tibbi təcrübəsi ilə bağlı tədqiqatlar aparmaq və onun nəticələrini müasir tibbə tətbiq etmək, əlyazmaları toplamaq, onları özbək dilinə tərcümə etmək və elektron platforma yaratmaq, eləcə də səhiyyə işçiləri və tibb tarixi ilə maraqlananlar üçün kurslar və ustad dərsləri təşkil etməkdir.
2026-cı ilin oktyabr ayında Daşkənddə "İbn Sina: Qərb və Şərq Fəlsəfi Düşüncəsinin Böyük Nümayəndəsi" adlı beynəlxalq elmi konfransın keçirilməsi planlaşdırılır.
İbn Sinanın adına beynəlxalq mükafat təsis ediləcək və "Mücaz əl-Qanun" (Tibb Qanunu), "Əl-İşarat və əl-Tənbihat", "Danişnamə", "Kitab əş-Şifa" (Şəfa Kitabı) və "Şərq Fəlsəfəsi" əsərləri tərcümə olunacaq. Xaricə elmi ekspedisiyalar və orada saxlanılan əlyazmaların toplanması planlaşdırılır.
Bundan əlavə, tibb universitetləri, tədqiqat mərkəzləri, kitabxanalar və səhiyyə müəssisələri üçün konfranslar, sərgilər və açıq mühazirələr planlaşdırılır.
Əziz Mustafa

















































.jpg)














.jpg)































