Supermodel Sindi Kroufordun oğlu Presli 27 yaşında vəfat edib

Supermodel Sindi Kroufordun oğlu Presli 27 yaşında vəfat edib

Bəyəndim (1) Bəyənmədim (0)

Amerikalı model Sindi Kroufordun oğlu Presli Gerber 27 yaşında vəfat edib. Oxuməni. az xəbər verir ki, bu barədə TMZ Los-Anceles dairəsinin tibbi ekspertinə istinadən məlumat yayıb.

Gerber sentyabrın 20-də, bazar günü, reabilitasiya müəssisəsində vəfat edib. Onun meyitinin yarılması hələ başa çatmayıb. Kroufordun, onun həyat yoldaşı Rendi Gerberin və qızı Kayia Gerberin nümayəndəsi Preslinin ölümünü TMZ-yə təsdiqləyib və ailənin şəxsi həyatına hörmətlə yanaşmağı xahiş edib.

Presli Gerber Sindi Krouford və Rendi Gerberin oğlu, model və aktrisa Kayia Gerberin isə böyük qardaşı idi.

Qeyd edək ki, Sindi Krouford amerikalı supermodeldir. Karyerası ərzində o, aralarında Vogue, Harper's Bazaar və ELLE kimi nüfuzlu moda jurnallarının da olduğu 600-dən çox jurnalın üz qabığında yer alıb.

Kroufordu tez-tez “1990-cı illərin podiumlar kraliçası” adlandırırlar. Karyerasının ən parlaq dövründə o, demək olar ki, hər moda nümayişinin arzulanan qonağı olub. O, Chanel, Versace, Dolce & Gabbana, Valentino, Dior və Michael Kors kimi əməkdaşlıq etməyin, demək olar ki, hər modelin arzuladığı brendlərin nümayişlərində iştirak edib.

2026-cı ilin mayında 60 yaşlı supermodel Sindi Krouford bir neçə ildən sonra ilk dəfə podiuma çıxıb. Moda dünyasının əfsanəsi Nyu-Yorkda Gucci-nin 2027-ci il kruiz kolleksiyasının nümayişini bağlayıb.

Almaz Həsənli