Vitkoff və Kuşner Moskvada Putin, Dublində isə Zelenski ilə görüşəcəklər
ABŞ prezidenti Donald Trampın xüsusi nümayəndələri Stiven Vitkoff və Cared Kuşner cümə axşamı Moskvada Rusiya prezidenti Vladimir Putinlə görüşəcək və daha sonra Dublinə gedəcəklər. Onlar orada Ukrayna prezidenti Volodimir Zelenski ilə görüşməyi planlaşdırırlar.
Oxuməni.az xəbər verir ki, Kuşner bunu 11 noyabr çərşənbə günü Əbu-Dabidə keçirilən danışıqlardan sonra keçirilən brifinqdə açıqlayıb.
"Sabah Stiv və mən bugünkü danışıqların nəticələrini müzakirə etmək və qaldırılan məsələlərdə daha da irəliləyiş əldə etməyə çalışmaq üçün Prezident Putinlə görüşmək üçün Moskvaya gedirik, çünki orada müəyyən perspektivlər və imkanlar görürük. Daha sonra Dublinə uçacağıq və orada Prezident Zelenski ilə görüşərək ona nəticələr barədə məlumat verəcəyik və bu gün hazırladığımız ideyaları daha da inkişaf etdirəcəyik", - deyə o bildirib.
Kuşnerdən Zelenski ilə Putin arasında şəxsi görüş planlarının olub-olmadığı soruşulub və o, Rusiyanın "indiyə qədər əldə edilənlərdə daha çox irəliləyiş" görmək istədiyini bildirib.
Əziz MUSTAFA






























.jpg)




















































