"Barselona" futbolçusu "Qızıl Oğlan" mükafatına layiq görülüb
Tuttosport qəzeti illik "Qızıl Oğlan" mükafatının qalibini açıqlayıb.
"Barselona"nın müdafiəçisi Pau Kubarsi Avropa çempionatlarında oynayan 21 yaşa qədər 2026-cı ilin ən yaxşı oyunçusu seçilib.
İspaniyalı oyunçu səsvermə yolu ilə digər namizədlər arasında ən yaxşı seçilib.
Kubarsi Yann Diomande, Hendrik, Estevan və digər istedadlı oyunçularla rəqabət aparıb.
Bu mövsüm Kubarsi "Blaugrana"da 13 oyunda iştirak edib. Bu matçlar zamanı müdafiəçi iki məhsuldar ötürmə edib.
Bu yay Kubarsi İspaniya millisi ilə Dünya Çempionu olub.
Əziz Mustafa
Digər xəbərlər
.jpg)


























































































