"Sabah"ı səfərdə Norveç "Viking"inə 4-1 hesabı ilə məğlub oldu

"Sabah"ı səfərdə Norveç "Viking"inə 4-1 hesabı ilə məğlub oldu

11:40
Bəyəndim (1) Bəyənmədim (0)

“Sabah” UEFA Çempionlar Liqasının əsas mərhələsində növbəti oyununu keçirib.

Valdas Dambrauskasın baş məşqçisi olduğu komanda IV turda səfərdə “Vikinq”lə ilə üz-üzə gəlib. Oyun meydan sahiblərinin 4-1 hesablı qələbəsi ilə başa çatıb. Oyunda hesabı "bayquşlar" açıb. 11-ci dəqiqədə Mbina əla zərbə ilə hesabı açıb. Lakin meydan sahiblərinin buna cavabı gecikməyib. 27-ci dəqiqədə Bothem hesabı bırabərləşdirib. Birinci hissə bu hesabla başa çatıb.

İkinci hissədə "Sabah" meydanda azlıqda qalıb. Meydan sahiblərinin oyunçusu Tripiç 69-cu dəqiqədə penaltidən vurduğu qolla komandasını hesabda irəli çıxarıb. Folkner 81-ci və 90-cı dəqiqədə daha iki qol vuraraq komandasına 4- hesabı ilə qələbə qazandırıb.

Oyundan sonra keçirilən mətbuat konfransında "Sabah"ın baş məşqçisi Valdas Dambrauskas komandasını məlubiyyətinə aydınlıq gətirib. O deyib:

"Həm biz, həm də rəqib hücumlar edirdi. Təəssüf ki, belə hücumlardan birinin ardından qapımıza penalti təyin olundu. Bundan sonra da oyun bərabər mübarizə şəraitində davam edirdi. Təəssüf ki, qırmızı vərəqə və bundan dərhal sonra buraxdığımız qol oyuna təsir etdi. İstəyimizi göstərməkdə davam edirdik, hətta daha bir qol vura bilərdik, amma qapıçı seyvlə yadda qaldı. Oyunun sonundakı səhv isə futbolda baş verə bilər. Dördüncü qolu buraxdıq. Çempionlar Liqası hər halda tamamilə fərqli səviyyədir. Burada kiçik səhvə görə belə səni cəzalandırırlar".

Turnirin ümumi mərhələsinin növbəti oyununda "Sabah" 25 noyabrda evdə İspaniya "Barselona"sı ilə qarşılaşacaq.

UEFA Çempionlar Liqası, Liqa mərhələsi, 4-cü tur

00:00. "Vikinq" (Norveç) - "Sabah" (Azərbaycan) - 4:1

Qollar: Orfi Mbina, 11 (0:1), Erik Botheym, 27 (1:1), Zlatko Tripiç, 69 (2:1), Henrik Falkener, 81 (3:1), Erik Botheym, 90+4 (4:1)

Qırmızı vərəqə: Eyden Makkarti, 78 ("Sabah")

Hakimlər: Sander van der Eyk, Rens Bluemink, Stef:1an de Qrot, Coui Koy (hamısı Niderland)

VAR: Jeroen Maşkot (Niderland)

AVAR: Jerom Brisard (Fransa)

"Viking Stadium".

Əziz MUSTAFA