Ukraynaya məxfi məlumat ötürməkdə ittiham olunan şəxsin məhkəməsi 9 dekabrda Kanadada başlayacaq
.
Metyu Robarın işində ittihamların sayı səkkizdən üçə endirilib.
Ukraynaya məxfi məlumat ötürməkdə ittiham olunan Kanada hərbi əks-kəşfiyyat zabiti Metyu Robarın məhkəməsi 9 dekabrda başlayacaq.
Oxuməni.az xəbər verir ki, u barədə Kanadanın CBC televiziya kanalı hərbi məhkəməyə istinadən bildirib.
Qeyd edildiyi kimi, Robarın işində ittihamların sayı səkkizdən üçə endirilib. Bunlar Robarın rəhbərlərinin razılığı olmadan məxfi məlumatları xarici agentliyə ötürməsi ilə bağlıdır. Kanada hakimiyyəti agentliyin adını çəkməyib, lakin CBC və digər media orqanları əvvəllər bunun Ukrayna kəşfiyyat xidməti olduğunu bildiriblər.
Robar həmçinin qanunsuz odlu silah saxlamaqda da ittiham olunur.
Robarın həbsi 2025-ci ilin dekabr ayında elan edilib. CBC-nin məlumatına görə, o, 2024-cü ilin sentyabrı ilə 2025-ci ilin fevralı arasında Ukrayna kəşfiyyat zabiti ilə əlaqə saxlayıb və həmin şəxsə məxfi məlumatlar ötürüb.
Əziz MUSTAFA




















































































