Hindistan və İsrail BMT-nin Silahlara Nəzarət Qətnaməsinə qarşı çıxıblar

Hindistan və İsrail BMT-nin Silahlara Nəzarət Qətnaməsinə qarşı çıxıblar

14:04
Bəyəndim (1) Bəyənmədim (0)

Hindistan və İsrail regional və subregional səviyyələrdə ənənəvi silahlara nəzarətlə bağlı qətnamə layihəsinə qarşı səs veriblər.

Oxuməni.az xəbər verir ki, The Hindu qəzetinin məlumatına görə, Pakistan və Belarus tərəfindən təqdim edilən sənəd 2 noyabrda BMT Baş Assambleyasının Birinci Komitəsi tərəfindən təsdiqlənib və 180 dövlət lehinə, iki dövlət əleyhinə səs verib və bitərəf qalıb. 193 üzvdən ibarət BMT Baş Assambleyasında layihəni dəstəkləməyən yeganə ölkələr Hindistan və İsrail olub.
Hindistanın BMT-dəki Daimi Nümayəndəliyinin birinci katibi Anmol Şer Bedi ənənəvi silahlara nəzarətin qlobal bir məsələ olduğunu bildirib. O, əlavə edib ki, Yeni Dehli bu məsələnin əsasən regional və subregional formatlarda həll edilməsinə əmin deyil.

Bedi həmçinin qətnamənin BMT-nin Silahsızlanma Komissiyasından regional razılaşmaların əsasını təşkil edə biləcək prinsiplər formalaşdırması tələbini şübhə altına aldı. O qeyd etdi ki, komissiya artıq 1993-cü ildə regional silahsızlanma, 1999-cu ildə ənənəvi silahlara nəzarət və silahsızlanma, 2017-ci ildə isə ənənəvi silahlar sahəsində praktiki etimad quruculuğu tədbirləri ilə bağlı konsensus sənədlərini qəbul edib.
Sənəddə qeyd olunur ki, ənənəvi silahlara nəzarət əsasən regional və subregional kontekstdə həyata keçirilməlidir, çünki Soyuq Müharibədən bəri sülhə və təhlükəsizliyə qarşı əksər təhdidlər eyni bölgədə və ya subregionda yerləşən dövlətlər arasında yaranır.

Qətnamədə həmçinin regional sülhü və təhlükəsizliyi silahlanma və hərbi qüvvələrin mümkün olan ən aşağı səviyyəsində gücləndirmək üçün razılaşmaların təşviq edilməsi öhdəliyi ifadə olunur. Hindistan xüsusilə Cənubi Asiya kontekstində ənənəvi silahlara nəzarət təkliflərindən bəhs edən bəndə qarşı səs verib. Sənəddə həmçinin bildirilir ki, əhəmiyyətli hərbi potensiala malik dövlətlər regional təhlükəsizlik razılaşmalarının təşviqi üçün xüsusi məsuliyyət daşıyırlar.

Əziz MUSTAFA