ABŞ İranın Qeşm adasına zərbə endirib
2 noyabrda ABŞ Hörmüz boğazının girişində İranın Qeşm adasına hücum etdi. Bu, amerikalıların bir neçə həftədir gizli şəkildə İrana qarşı həyata keçirdiyi məhdud hücumlar seriyasının sonuncusudur.
Oxuməni.az xəbər verir ki, bu barədə The Wall Street Journal məlumat yayıb.
Müharibənin əvvəlki mərhələlərindən fərqli olaraq, Vaşinqton bu dəfə hücumları açıq şəkildə elan etmir. Bir rəsminin sözlərinə görə, kampaniya ABŞ-ın genişmiqyaslı hərbi əməliyyatları bərpa etməyə hazırlaşdığı təəssüratını yaratmamaq üçün qəsdən gizli saxlanılır.
Nəşrin bəzi mənbələri hücumları müdafiə xarakterli adlandırır. Onların məqsədi İranın Hörmüz boğazında ticarət gəmilərinə cəzasız hücum etməsinin qarşısını almaqdır. Sosial media 2 noyabrda Qeşmdə partlayışlar barədə məlumat yayıb.
Ada Hörmüz boğazının girişində yerləşir. Burada böyük yeraltı raket qurğusu, dəniz bazası və böyük duzsuzlaşdırma zavodu yerləşir.
Tramp jurnalistlərə bildirib ki, "İranla müharibə apardıq. Qazandıq. Bilmirəm, bunu müharibə adlandırmaq olar, çünki bir neçə aydır müharibədə deyilik".
3 noyabrda keçiriləcək ara seçkilərdən sonra İrana zərbələr endirməyi düşünüb-düşünmədiyi soruşulduqda, Tramp "yox" cavabını verib. Lakin onun administrasiyası hələ də bütün variantları ölçüb-biçdiyində israr edir.
Əziz MUSTAFA



















































































