Əli Əsədov Gürcüstanda işgüzar səfərdədir

Əli Əsədov Gürcüstanda işgüzar səfərdədir

16:18
Bəyəndim (0) Bəyənmədim (0)

Azərbaycanın Baş naziri Əli Əsədov Gürcüstana işgüzar səfərə gedib. Onu Tbilisinin Şota Rustaveli adına Beynəlxalq Hava Limanında Gürcüstanın Baş nazirinin müavini, iqtisadiyyat və davamlı inkişaf naziri Mariam Kvrivişvili qarşılayıb.

Oxuməni. az 24News.ge-yə istinadla xəbər verir ki, bu barədə Gürcüstanın İqtisadiyyat və Davamlı İnkişaf Nazirliyi məlumat yayıb.

Səfər çərçivəsində Gürcüstan və Azərbaycan baş nazirlərinin həmsədrliyi ilə iki ölkə arasında iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın 11-ci iclası keçiriləcək.

Mariam Kvrivişvilinin sözlərinə görə, iclasda iki ölkə arasında ticarət-iqtisadi əməkdaşlığın mühüm məsələləri müzakirə olunacaq.

Nazir bildirib ki, tərəflər enerji, nəqliyyat, investisiyalar, ticarət və digər istiqamətlərdə əməkdaşlığı nəzərdən keçirəcəklər. Həmçinin Gürcüstan və Azərbaycanın əməkdaşlığının mühüm rol oynadığı regional əhəmiyyətli layihələr, xüsusilə də Orta Dəhliz çərçivəsində həyata keçirilən təşəbbüslər barədə fikir mübadiləsi aparılacaq.

Azərbaycanın Baş naziri Gürcüstana nümayəndə heyəti ilə birlikdə səfər edib. Nümayəndə heyətinin tərkibinə Azərbaycanın iqtisadiyyat, energetika, rəqəmsal inkişaf və nəqliyyat, eləcə də elm və təhsil nazirləri daxildir.

Almaz Həsənli