Keçmiş polis rəisinin yerini bildirənə təxminən 1 milyon 445 min manat mükafat veriləcək
Filippində keçmiş polis rəisi və hazırda isə senator olan Ronald "Bato" dela Rosanın hüquq-mühafizə orqanlarına sülh yolu ilə təslim olması üçün müəyyən edilmiş bir həftəlik ultimatum bu gün, 30 oktyabr 2026-cı il tarixində rəsmən başa çatır. Filippin Milli Polisi (PNP) tərəfindən verilən xəbərdarlıq müddətinin bitməsinə baxmayaraq, keçmiş polis rəisindən hələ də heç bir təslim olma siqnalı daxil olmayıb.
Filippin səlahiyyətliləri senator dela Rosanı rəsmi olaraq "silahlı və təhlükəli" qaçqın elan ediblər. Milli Polisin nümayəndələri bildiriblər ki, ultimatumun başa çatması ilə dela Rosanın tutulması üçün genişmiqyaslı xüsusi əməliyyat mərhələsi başlayır.
Hökumət dela Rosanın yerini bildirənlərə və ya onun saxlanılmasına kömək edənlərə 50 milyon Filippin pesosu (təxminən 1 milyon 445 min manat ) məbləğində mükafat təyin edib.
Keçmiş polis rəisinin adına rəsmi qeydiyyatda olan 91 ədəd odlu silahın hələ də təhvil verilməməsi hüquq-mühafizə orqanlarının xüsusi həyəcanına səbəb olub. Hökumət dela Rosaya "qanunsuz qan tökülməsinin qarşısını almaq" və prosesi ləyaqətlə başa vurmaq üçün sülh yolu ilə təslim olmaq çağırışını təkrar edib.
Ronald "Bato" dela Rosa keçmiş prezident Rodrigo Dutertenin idarəçiliyi dövründə Filippində reallaşdırılan qalmaqallı "Narkotiklərə qarşı müharibə" kampaniyasının baş memarı və icraçısı kimi tanınır.
Beynəlxalq Cinayət Məhkəməsi (ICC) minlərlə insanın ölümü ilə nəticələnən bu əməliyyatlarda insanlığa qarşı cinayətlər törədildiyi iddiası ilə dela Rosa haqqında həbs qətimkan tədbiri çıxarıb.
Senator dela Rosa aylardır Senat iclaslarına qatılmır və gizli şəraitdə yaşayır. Dela Rosanın hüquqşünasları hökumətin onun üçün təyin etdiyi yüksək pul mükafatının və "silahlı və təhlükəli" statusunun keçmiş senatorun yaşamaq hüququnu birbaşa təhlükə altına aldığını iddia edirlər.
Ultimatumun bu gün başa çatması ilə Filippin hüquq-mühafizə orqanlarının xüsusi qrupları senatorun ola biləcəyi ehtimal edilən ünvanlarda dərhal axtarış və həbs əməliyyatlarına başlamağı planlaşdırır. Tərəflər arasında mümkün silahlı toqquşma riski ölkədə gərginliyi pik həddə çatdırıb...
Şahmurad
.jpg)




































.jpg)



















.jpg)
.jpg)
.jpg)
























