Almaniyada partlayış nəticəsində bir ev dağılıb, insan tələfatı baş verib
Güclü partlayış Almaniyanın Regensburq şəhərində bir mənzil binasının əhəmiyyətli bir hissəsini dağıdıb.
Oxuməni.az xəbər verir ki, bu barədə DPA-nın məlumatında deyilir. Məlumata görə, ən azı iki nəfər ölüb, dörd nəfər yaralanıb. Partlayış çərşənbə günü səhər baş verib və təcili yardım xidmətləri cümə axşamı hadisə yerində iki cəsəd aşkar ediblər. Partlayışdan dərhal sonra dörd nəfər xəstəxanaya aparılıb, onlardan biri ağır xəsarət alıb. Bir polis məmuru da tüstüdən zəhərlənib.
Kişinin cəsədinin cümə axşamı günortadan sonra tapılmasından bir neçə saat sonra dağıntılar altında başqa bir cəsəd tapılıb, polis sözçüsü bildirib. Hüquq-mühafizə orqanlarının əməkdaşları hesab edirlər ki, bu adam əvvəllər itkin düşdüyü bildirilən iki nəfərdən biridir. İkinci qurbanın şəxsiyyəti hələlik müəyyən edilməyib.
Partlayışın qəza və ya qəsdən törədildiyi hazırda məlum deyil. Polis araşdırması davam edir.
Əziz MUSTAFA








































.jpg)



















.jpg)
.jpg)
.jpg)






























