Rusiya Kremençuk rayonundakı sənaye kompleksinə zərbələr endirib

Rusiya Kremençuk rayonundakı sənaye kompleksinə zərbələr endirib

08:07
Bəyəndim (0) Bəyənmədim (0)


30 oktyabr cümə günü gecəsi Rusiya qüvvələri Poltava vilayətinin Kremençuk rayonundakı sənaye kompleksinə raket zərbəsi endirib.

Oxuməni.az xəbər verir ki, bu barədə Poltava Regional Hərbi Administrasiyasının rəhbəri Vitali Dyakovniç bildirib.
"Düşmən Kremençuk rayonundakı sənaye kompleksinə hücum etdi", - deyə o Teleqram-da yazıb.

Dyakovniçin sözlərinə görə, düşmən zərbəsinin nəticələrinin təfərrüatları hazırda müəyyən edilir.

Saat 4:00-dan sonra Ukrayna Hərbi Hava Qüvvələri Kremençuka doğru ballistik raketlərin atılması barədə xəbərdarlıq edib.

Xatırladaq ki, cümə axşamı Rusiyanın Kremençuka hücumu nəticəsində üç nəfər həlak olmuş, təxminən iyirmi nəfər yaralanmışdı. Pilotsuz təyyarə mənzil binasına zərbə endirmiş və park edilmiş avtomobillər də alovlanmışdı.

Ukrayna Hərbi Hava Qüvvələri daha sonra Rusiyanın Kremençukdakı iki yerə endirdiyi zərbələr nəticəsində üç nəfərin öldüyünü, 28 nəfərin isə, o cümlədən üç uşaq yaralandığını bildirmişdi. Bir yerdə mənzil binalarına, digərində isə fərdi evlərə və internat məktəbinə ziyan dəymişdi. Uşaqlar sığınacağa təxliyə edilmişdilər.
Əziz MUSTAFA