Polad Günbəzin SIPER-2 raketi hədəfi yüksək dəqiqliklə məhv edib
Sənaye və Texnologiya naziri Mehmet Fatih Kaçir Çelik Kubbe (Dəmir qübbə) sinifli uzun mənzilli raketin son sınaq atışının görüntülərini yayımladı. Atılan raket hədəfi yüksək dəqiqliklə məhv edib.
Oxuməni.az xəbər verir ki, bu barədə Kaçir mətbuata açıqlamasında deyib. O bildirib ki, uğurlu sınaq bir daha TÜBİTAK SAGE, ASELSAN və ROKETSAN arasında güclü əməkdaşlığı nümayiş etdirdi.
Türkiyənin yerli texnologiyalardan istifadə edərək hazırladığı Çelik Kubbe çoxqatlı hava hücumundan müdafiə sistemi raketlərinin imkanları sayəsində daha da inkişaf etdirilir. Sənaye və Texnologiya naziri Mehmet Fatih Kaçir Çelik Kubbe raketinin havada hədəfini dəyişdirməsinin görüntülərini paylaşdı.
SİPER-2-nin son sınaq buraxılışının videosu həyəcana səbəb olub. Sosial media hesabında SİPER-2 raketinin havada hədəfini dəyişdirdiyini göstərən görüntüləri paylaşan nazir Kaçir, "Çelik Kubbe" uzunmənzilli qalxan adlandırdığı raketin uğurunu təbrik edib.
Nazir Kaçir, SIPER-2-nin yeni hədəfi məhv etməsinin, uçuşdan sonra orta uçuşda yenilənməsinin Türkiyənin hava müdafiəsindəki texnoloji irəliləyişini bir daha nümayiş etdirdiyini qeyd edərək, yazısında yazıb:
"SİPER-2 Çelik Kubbe üçün uzun mənzilli qalxandır. Çoxqatlı hava müdafiə arxitekturamız yerli və milli sistemlərlə gücləndirilərkən, SIPER-2-nin uğurlu sınaq buraxılışı bir daha uzun mənzilli hava müdafiəsindəki texnoloji təcrübəmizin inkişafını və TÜBİTAK SAGE, ASELSAN və ROKETSAN arasında güclü əməkdaşlığı nümayiş etdirir. Müdafiə sənayesində tam müstəqillik üçün gecə-gündüz çalışan bütün tərəfdaşlarımızı ürəkdən təbrik edirəm."
Əziz Mustafa














.jpg)










.jpg)
.jpg)
.jpg)






























.jpg)







.jpg)

















