Dəhşətli hadisə ilə bağlı aparılan istintaq
Nigeriyada qanunsuz qızıl hasilatında şübhəli bilinərək saxlanılan 33 mədənçi, yerləşdirildikləri kameradakı qeyri-insani şərait səbəbindən həyatını itirib. Dəhşətli hadisə ilə bağlı aparılan istintaq rəsmi qurumların ciddi səhlənkarlığını və saxlanılanlara qarşı amansız rəftarı üzə çıxarıb.
Ötən ay Nigeriyanın Niger ştatında həyata keçirilən xüsusi əməliyyat zamanı, aralarında 14 uşağın da olduğu 33 mədənçi qanunsuz qızıl hasilatı ittihamı ilə saxlanılıb. Onlar ştatın paytaxtı Minna şəhərindəki təcridxanada bir kameraya yerləşdirilib. Lakin qısa müddət sonra saxlanılan şəxslərin cansız bədənləri həmin kamerada aşkar edilib.
Aparılan araşdırmalar zamanı sağ qalan şahidlər saxlanılma şəraiti ilə bağlı dəhşətli məqamları bölüşüblər. Məlum olub ki, mədənçilər kifayət qədər havalandırması olmayan, həddindən artıq dar bir kameraya sıxışdırılıblar.
Sağ qalanların sözlərinə görə, nəzarətçilər qapını bağlamazdan əvvəl kameranın içərisinə boğazda və burunda kəskin yanma hissi yaradan naməlum bir maddə püskürdüblər.
Hadisə şahidlərinin ifadələrinə əsasən, kamerada boğulmağa başlayan şəxslər qapıları döyərək dəfələrlə kömək istəyiblər. Lakin mühafizəçilər saxlanılanların harayına və kömək çağırışlarına tamamilə məhəl qoymayıblar.
Hökumətə yekun hesabatı təqdim edən istintaq qrupunun rəhbəri Conatan Kure tməhkəmə-tibbi ekspertiza nəticələrini açıqlayıb. Sübutlar ölümlərin həddindən artıq dolu və havasız mühitdə uzun müddət qalmaqdan qaynaqlandığını göstərir.
"Həddindən artıq istilik, orqanizmin kəskin susuzlaşması (dehidratasiya) və təmiz hava çatışmazlığı kəskin tənəffüs çatışmazlığına səbəb olub. İstintaq qrupu belə qənaətə gəlib ki, yaradılan bu şərait tam mənada qəddar, qeyri-insani və ləyaqəti alçaldan rəftardır," - deyə Conatan Kure vurgulayıb.
Qeyd edək ki, Nigeriya rəsmiləri ilkin açıqlamalarında ölənlərin sayının 37 olduğunu bildirəsələr də, istintaq qrupunun həyata keçirdiyi dəqiqləşdirmələrdən sonra 33 nəfərin həyatını itirdiyi rəsmən təsdiqlənib.
Şahmurad
.jpg)














.jpg)







































.jpg)
.jpg)






.jpg)












.jpg)

















