Rusiya ordusunun işğalı altında olan Oleşkidə müvəqqəti atəşkəs qüvvəyə minib
Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı və Rusiya Müdafiə Nazirliyi tərəflər arasında əvvəlcədən razılaşdırılmış atəşkəs rejiminin Rusiya qoşunlarının işğalı altında olan Oleşki şəhəri ərazisində qüvvəyə mindiyini təsdiqləyib. Bu barədə Oxuməni. az Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı və Rusiya Müdafiə Nazirliyinin bəyanatlarına istinadla xəbər verir.
“Xerson vilayətinin Oleşki yaşayış məntəqəsi ərazisində humanitar əməliyyatın keçirilməsinə hazırlıqla əlaqədar Rusiya Federasiyasının Silahlı Qüvvələri Xerson istiqamətində atəşi dayandırıb və 2026-cı il oktyabrın 27-də Moskva vaxtı ilə saat 04:00-dan etibarən ‘sükut rejimi’ tətbiq edib”, – Rusiya Müdafiə Nazirliyi Telegram kanalında yazıb.
Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı isə öz növbəsində Facebook səhifəsində bildirib: “Oktyabrın 27-də Kiyev vaxtı ilə saat 03:00-dan etibarən Ukrayna Xerson vilayətinin müvəqqəti işğal olunmuş Oleşki şəhərində humanitar əməliyyatın keçirilməsi üçün müəyyən edilmiş ərazidə atəşkəs rejimi tətbiq edir. Sükut rejimi yalnız humanitar əməliyyatın həyata keçirilməsi, hazırda şəhərdə olan sakinlərə yardımın çatdırılması və mülki əhalinin Oleşkidən təhlükəsiz şəkildə çıxarılmasına hazırlıq məqsədi daşıyır”.
Həmin açıqlamada qeyd olunub ki, Ukrayna hərbçiləri Oleşki sakinlərinə kömək etmək üçün əllərindən gələni edəcək, həmvətənlərinin təhlükəsizliyini təmin etmək və xilas etmək məqsədilə müvafiq qərarların icrasını həyata keçirəcəklər.
Bundan əvvəl Ağ Ev ABŞ-ın birinci xanımı Melaniya Trampın Rusiya ilə Ukrayna arasında Rusiya tərəfindən müvəqqəti işğal olunmuş Oleşki şəhərində atəşkəsin əldə edilməsinə nail olduğunu açıqlamışdı. Hazırda şəhərdə humanitar fəlakət yaşandığı bildirilir.
Bir gün əvvəl Ukrayna və Rusiya Baş Qərargahları oktyabrın 27-nə keçən gecədən etibarən Oleşkidə humanitar əməliyyatın keçirilməsi üçün müəyyən edilmiş ərazidə atəşkəs rejiminin tətbiq olunacağını bəyan etmişdilər.
Qeyd edək ki, Oleşki Xerson vilayətində, Dnepr çayının Rusiyanın işğalı altında olan sol sahilində yerləşən kiçik şəhərdir. Rusiya-Ukrayna müharibəsi genişmiqyaslı mərhələyə keçməzdən əvvəl şəhərdə təxminən 24 min nəfər yaşayırdı. Müxtəlif qiymətləndirmələrə görə, hazırda yaşayış məntəqəsində 1700–2000 nəfər qalır. Onların arasında ən azı bir neçə onlarla uşaq var.
Almaz Həsənli











.jpg)







.jpg)
.jpg)















.jpg)






























.jpg)
















