Zelenski  Putinlə Ukraynada "ərazi mübadiləsi"ni müzakirə etməyə razılaşıb

Zelenski Putinlə Ukraynada "ərazi mübadiləsi"ni müzakirə etməyə razılaşıb

14:07
Bəyəndim (1) Bəyənmədim (0)

Ukrayna prezidenti Volodimir Zelenski, Kremlin başçısı Vladimir Putinlə Ukraynada "ərazi mübadiləsi" məsələsini müzakirə etməyə razılaşıb.

Oxuməni. az xəbər verir ki, Ukrayna prezidenti bunu TNS-in aparıcısı Alla Mazur ilə müsahibəsində, noyabrda sülh danışıqlarının bərpa olunması barədə danışarkən bildirib.

"Amerikalılar uzun müddətdir ki, ərazi mübadiləsi məsələsini qaldırırlar, onlar buna "land swaps" deyirlər. Müzakirə üçün digər formatlar və təkliflər də var", - Zelenski deyib.

Bununla belə, o bildirib ki, Ukrayna liderlər səviyyəsində ərazi məsələsini müzakirə etməyə hazırdır.

"Əgər ərazi məsələsidirsə - onda liderlər səviyyəsində. Digər məsələlər - texniki qruplar səviyyəsində. Beləliklə, noyabrda bütün bunları müzakirə etmək olar", - Zelenski deyib.

Daha əvvəl eyni müsahibədə Zelenski, Putinın danışıqlara razılığının Kiyevə məlum olmayan ABŞ və Rusiya Federasiyası arasındakı razılaşmalarla əlaqəli ola biləcəyi ehtimalını irəli sürüb.

Eyni zamanda Zelenski, müharibənin başa çatması məsələsində Ukraynanın "qırmızı xətlərini" sadalayıb. Prezidentin sözlərinə görə, bunlar neytral status, ordunun ixtisarı, eləcə də "Rusiya tərəfindən diktə edilən təhlükəsizlik zəmanətləri"dir.

Xatırladaq ki, Rusiya Federasiyası atəşkəsin dayandırılması şərti olaraq Ukrayna Silahlı Qüvvələrinin Donetsk vilayətindən çıxarılmasını tələb edir. Bu norma, həmçinin, ötən ilin noyabrında ABŞ prezidenti Donald Trampın dərc etdiyi sülh planında da yer almışdı.

Almaz Həsənli