ABŞ-ın Ukrayna ilə bağlı sülh planının təfərrüatları açıqlanıb

ABŞ-ın Ukrayna ilə bağlı sülh planının təfərrüatları açıqlanıb

13:28
Bəyəndim (1) Bəyənmədim (0)

ABŞ-ın müharibəni bitirmək üçün hazırladığı plana, digər məsələlərlə yanaşı, ölkənin NATO-ya üzv olmaq planlarından imtina etməsi müqabilində investisiya proqramı və Aİ üzvlüyü daxildir. Oxuməni.az xəbər verir ki, bu barədə "The Economist" nəşri yazır. Rusiya üçün isə plan sanksiyaların yumşaldılmasını, habelə Qərblə iqtisadi və siyasi əlaqələrin qismən bərpasını nəzərdə tutur.

Nəşrin yazdığına görə, həmçinin Ukraynanın Donetsk vilayətinin Rusiya qoşunları tərəfindən işğal olunmamış hissəsində demilitarizasiya olunmuş zonanın yaradılması da nəzərdə tutulur.

Bundan başqa, söhbət Rusiya qazının Avropa İttifaqına tədarükünün potensial bərpasından gedə bilər. "The New York Times"ın mənbələri daha əvvəl bildirmişdi ki, Avropa İttifaqı artıq bu təklifi rədd edib.

"The Economist" vurğulayır ki, söhbət ukraynalı məmurların xəbərdar olduğu sülh planının yalnız "konturlarından" gedir; ABŞ-ın Rusiya-Ukrayna müharibəsinin nizamlanması ilə bağlı yeni təklifinin təfərrüatları hələ də məlum deyil.

Qeyd edək ki, ABŞ növbəti dəfə Rusiya ilə Ukrayna arasında sülh danışıqlarını yenidən başlatmağa çalışır. Trampın xüsusi elçisi Stiv Uitkoff oktyabrın 21-də uzun aylardan sonra ilk dəfə Moskvaya səfər edib və Putinlə danışıqlar aparıb. Bundan əvvəl o, Osloda olub və Zelenski ilə görüşüb. Bildirilirdi ki, Uitkoff Moskvaya yeni sülh planı gətirib, lakin onun təfərrüatları açıqlanmamışdı.

Almaz Həsənli