Avropa İttifaqı Putinlə danışıqları kim aparacağına qərar verir
Avropa İttifaqı rəsmiləri Rusiya prezidenti ilə danışıqlarda Avropa mövqeyini təmsil edəcək birini axtarırlar. Oxuməni az xəbər verir ki, bu barədə “Politico” nəşri məlumat yayıb. ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiv Vitkroft ilə Vladimir Putin arasında 21 oktyabrda Sankt-Peterburqda baş tutan görüşdən sonra mümkün namizədlər barədə müzakirələr güclənib.
"Prezident Putin Avropa İttifaqını avtoritet hesab etmir", Çexiya Prezidenti Petr Pavel Axel Springer Qlobal Reportyorlar Şəbəkəsinə verdiyi müsahibədə bildirib.
"O, [Avropa Komissiyasının Prezidenti] Ursula fon der Leyen ilə danışmaq istəmir, [Avropa Xarici İşlər Naziri] Kaya Kallasla danışmır. O, [Fransa Prezidenti] Emmanuel Makron da daxil olmaqla, digər Avropa liderləri ilə danışmağı dayandırıb", Çexiya Prezidenti bildirib.
Pavelin sözlərinə görə, bu vəziyyətdə Aİ "Avropa adından danışacaq bir şəxs və ya bir qrup insan müəyyən etməlidir". Onun sözlərinə görə, bunlar mütləq Aİ və ya NATO rəhbərliyinin nümayəndələri olmalı deyil, "sadəcə digər ölkələr tərəfindən danışıqlar aparmaq üçün mandat verilən liderlər" olmalıdır.
Finlandiya Prezidenti Aleksandr Stubb Aİ-nin əsas danışıqçısı hesab olunur. Avropa diplomatik mənbələri nəşrə bildiriblər ki, finlandiyalı siyasətçi ABŞ Prezidenti Donald Trampla "bütün Aİ liderləri arasında ən yaxşı münasibətə malikdir". O, həmçinin Finlandiyanın Rusiya ilə uzun sərhədini də amil kimi qeyd edib.
"Politico" xəbər verir ki, Stubb ABŞ Prezidentinin xüsusi elçisinin Rusiyaya səfərindən əvvəl Osloda Ukrayna Prezidenti Volodimir Zelenski ilə Stiv Vitkoff arasında keçirilən görüşdə iştirak edib. Görüşdə Ursula fon der Leyen də iştirak edib. Nəşrin qeyd etdiyi kimi, Avropa Komissiyasının rəhbəri də Aİ-nin əsas danışıqçısı hesab olunur. Digər namizəd Avropa Şurasının prezidenti António Koştadır. Nəşrin həmsöhbətləri vurğulayıblar ki, Avropa Birliyinin danışıqlarda ayrı-ayrı üzv ölkələrin liderləri tərəfindən təmsil olunmaq əvəzinə, vahid qurum kimi iştirakı olduqca vacibdir.
Almaz Həsənli

















.jpg)








.jpg)

























































