Müdafiə qüvvələri Rusiya komanda mərkəzinə, anbarlarına və canlı qüvvələrin cəmləşmə məntəqələrinə zərbələr endirib

Müdafiə qüvvələri Rusiya komanda mərkəzinə, anbarlarına və canlı qüvvələrin cəmləşmə məntəqələrinə zərbələr endirib

20:13
Bəyəndim (1) Bəyənmədim (0)

Müdafiə qüvvələri Rusiya komanda mərkəzinə, anbarlarına və canlı qüvvələrin cəmləşmə məntəqələrinə zərbə endirib.

Oxuməni.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

Məlumatda deyilir: "Zərbələr hərbi sursat obyektlərin məhv edilməsi və təmirə ehtiyacı olan texnikanın yenidən cəbhəyə göndərilməsinin qarşısının alınması üçün endirilib."

Bundan əlavə, Zaporojye bölgənin Fedorovka kəndi yaxınlığındakı bölməsinin komanda məntəqəsinə zərbə endirilib.

Luqansk vilayətindəki Kripenski, Donetsk bölgəndəki Roovno və Zaporojya bölgəsindəki Krotke şəhərlərinin logistika anbarlarına da hücum edilib.

Zaporojye bölgəndəki Rıbalovka, Basan, Fedorovka və Nikolayevka şəhərləri, Donetsk rayonndakı Zelena Roşçandakı, Qorlivka və Selidove, Luqansk bölgəsindəki Svatove şəhərləri yaxınlığındakı Rusiya qoşunlarının cəmləşmələrinə də zərbələr endirilib.

Xatırladaq ki, 18 oktyabrda və 19 oktyabr bazarı gecəsi Ukrayna Rusiya Federasiyasının Bryansk bölgədəki Trubçevsk yaxınlığındakı bir radar stansiyasına zərbə endirib.

Əziz MUSTAFA