The Sun: Kim Çen Inın komaya düşdüyü barədə şayiələr yayılır
Sosial şəbəkələrdə Şimali Koreya lideri Kim Çen Inın beyin qansızması keçirdiyi, komaya düşdüyü və təcili olaraq müalicə üçün Çinə aparıldığına dair təsdiqlənməmiş məlumatlar yayılır. Oxuməni. az xəbər verir ki, bu barədə bazar ertəsi axşam Britaniyanın "The Sun" qəzeti yazaraq, bu məlumatın etibarlı təsdiqinin olmadığını vurğulayıb.
Şayiələrə görə, Kim Çen In Pekinə aparılıb və orada guya Pekin Birləşmiş Tibb Kollecinin xəstəxanasında müalicə alır. Bu, Pxenyandakı tibb səviyyəsinin kifayət qədər olmaması ilə izah edilir.
Şimali Koreya lideri sonuncu dəfə ictimaiyyət qarşısında oktyabrın 11-də – Pxenyandakı Hərbi Texnika Muzeyini ziyarət edərkən çıxış edib. Onu həyat yoldaşı Ri Sol Cu və qızı Kim Çju E müşayiət ediblər.
Məqalədə həmçinin 2020-ci ildə baş vermiş oxşar hadisə də xatırladılır. Həmin vaxt Kim Çen Inın uzun müddət ictimaiyyət qarşısına çıxmamasından sonra sosial şəbəkələrdə onun ölümü barədə şayiələr yayılmağa başlamışdı.
Hazırkı məlumatların da rəsmi təsdiqi yoxdur.
Almaz Həsənli













































.jpg)








.jpg)





























